15 C
Baku
Saturday, April 20, 2024

Dünyada bitcoin-bankomatların sayı bir ay ərzində 7% artıb

Dünyada bitcoin-bankomatların sayı rekord templərlə artmağa davam edir. İyun ayında belə bankomatların sayı 7,4% (91 ədəd) artıb. Yeni bitcoin-bankomatlar əsas olaraq ABŞ, Kanada və Avstraliyada peyda olur.

Banker.az xəbər verir ki, keçən ay ərzində ABŞ-da 55 bitcoin-bankomat quraşdırılıb ki, bu da dünyanın istənilən ölkəsində olduğundan çoxdur.

Kanada da iyun ayı ərzində bitcoin ilə əməliyyatlar həyata keçirmək üçün ATM-lərin sayı 9,2% və yaxud 15 cihaz artıb. Bu bankomatların 9-u Toronto şəhərində Instacoin şirkəti tərəfindən quraşdırılıb.

Avstraliyada isə artım 46% təşkil edir və 12 yeni bitcoin-bankomat quraşdırılıb. Bu bankomatların 11-i isə Avstraliyanın Cointed şirkəti tərəfindən təmin edilib.

Son xəbərlər
Digər xəbərlər