10 C
Baku
Saturday, November 23, 2024

Dünyada buğda ehtiyatları minimuma düşüb

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin “Taxıl: Dünya Bazarları və Ticarət” adlı iyul hesabatına əsasən, dünya buğda ehtiyatları 267.5 milyon tona düşüb.

Bu, son dörd ilin ən aşağı göstəricisidir.

Hesablamalara görə, bir il əvvəl dünyanın taxıl anbarlarında təxminən 25 milyon ton daha çox buğda qalıb. Ehtiyatlar sonuncu dəfə 2018-ci ilin iyul ayında mövcud səviyyələrdən aşağı düşdü.

Hesabatda qeyd edildiyi kimi, iyulda qlobal buğda istehsalı təkcə Ukraynada deyil, həm də Avropa İttifaqı və Argentinada məhsuldarlığın aşağı düşməsi səbəbindən azalıb. Agentliyin məlumatına görə, yaxşı məhsulun proqnozlaşdırıldığı Rusiya və Kanada bu azalmanı hələ kompensasiya etməyib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər