10 C
Baku
Friday, December 13, 2024

Dünyada buğda qıtlığı yarana bilər

Ukraynada və bir sıra Avropa ölkələrində aşağı məhsul həcmi yüksək keyfiyyətli dəyirman buğdasının qlobal çatışmazlığına səbəb ola bilər.

“UkrAgroConsult” analitiklərinin fikrincə, yığılan buğda məhsulunun yalnız 35-40 faizi yüksək keyfiyyətli olacaq ki, bu da son onillikdə ən aşağı göstəricidir.

Bundan əlavə, son vaxtlar Odessa vilayətinin liman infrastrukturuna PUA-ların hücumlarının nəticələri ölkədən taxıl ixracının təhlükəsizliyinə də təsir edəcək. Hərbi qarşıdurma fonunda yerli fermerlərin gübrələrdən istifadə imkanları məhdudlaşdırılıb, yüksək rütubət yığılan məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olub.

Həmçinin, avropalı fermerlər də oxşar problemlə üzləşiblər. Fransada və Şimali Avropa ölkələrində yağan güclü yağış taxıl məhsullarının keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarıb. Almaniyada yağan güclü yağışlar səbəbindən yerli fermerlər buğda məhsulunun beşdə birindən azını yığa biliblər. Əlverişsiz hava şəraiti taxıl biçininin gecikdiyi Böyük Britaniyada da tarla işlərinə təsir edib.

Rusiyaya gəlincə, bu ölkənin taxıl sazişindən çıxmasından sonra buradan kənd təsərrüfatı məhsullarının tədarükü çətinləşə bilər.

Son xəbərlər
Digər xəbərlər