9 C
Baku
Friday, December 13, 2024

Dünyada çəkilən ilk foto şəkil

Dünyada çəkilən ilk foto şəkil XIX əsrin 20-ci illərində meydana gəlib. Bu şəkli Cozef Nisefor Nieps (1765-1833) çəkib və bu Fransanın Burqundiya əyalətində baş verib. Bu zaman artıq çap etmə üsulları məşhur idi (məsələn, litoqrafiya). Lakin burada çapetmənin keyfiyyəti rəssamın öz ustalığından asılı idi: rəssam portreti çəkir, portretdən isə qravyür hazırlanır və daha sonra ondan nəşr olunurdu. Nieps bu zaman qravyüraların yenidən necə çoxaldılmasının müxtəlif üsullarını öyrənməyə başladı.

Bunun üçün o qədimi bir kamera obskura – bir dəliyi olan işıq keçirməz qutudan istifadə etdi. Bu dəlikdən keçən işıq şüası qutunun qarşı divarında təsvir yaradırdı və bu yaranan təsvir görüntünün əksi şəklində düşürdü. Nieps bu təsviri saxamaq istəyirdi. İşıq şüasının təsviri əmələ gətirdiyi yerdə o bir lövhə yerləşdirdi və bu löhvə işığa həssas tərkibə malik idi. Bu lövhənin ayrı-ayrı hissələri işıq şüasının təsirinə məruz qalma dərəcəsinə uyğun olaraq müxtəlif formalarda tündləşirdilər. Bir müddət sonra, obyektlərin konturları ortaya çıxmağa başladı. Beləliklə, Nieps tarixdə ilk şəkili əldə etmiş oldu.

Öz ilk şəkilində Nieps bir mənzərəni təsvir etmişdi və bu pəncərədən baxdıqda qonşu evlərin damlarının mənzərəsi idi. İşığın lövhə üzərinə təsiri 8 saatdan artıq bir müddətdə baş verdi və bu müddət ərzində işıqlandırma demək olar ki, köklü şəkildə dəyişirdi.

Son xəbərlər
Digər xəbərlər