18 C
Baku
Sunday, September 28, 2025

Dünyada cəmi 10 ədəd olan avtomobil hərraca çıxarılacaq

“Broad Arrow Auctions” şirkəti noyabrın əvvəlində İsveçrənin Sürix şəhərində nadir “Lamborghini Diablo Evolution GTR” modelini hərraca çıxaracaq.

1990-cı illərin əvvəllərində bu superkarlardan cəmi 10 ədəd İsveçrədə “Lamborghini”nin sifarişi ilə istehsal edilib. Avtomobil 492 at gücü hasil edən 5.7 litrlik V12 mühərriklə təchiz olunub.

Kupenin 350-450 min İsveçrə frankına (təxminən 440-570 min ABŞ dolları) satılacağı gözlənilir.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər