34 C
Baku
Sunday, July 27, 2025

Dünyada cəmi 100 insan olsaydı…

Dünyada cəmi 100 insan yaşasaydı onların 50-si qadın, 50-si kişi, 20-si uşaq olardı. Bu insanların da 80-ni yaşlılar olardı. Yaşlı insanların 14-ü isə 65 yaşdan yuxarı insanlar olardı. 

Dünyada cəmi 100 insan yaşasaydı onların 61-i asiyalı, 12-si avropalı, 13-ü afrikalı, 14-ü isə qərb yarım kürəsindən olardı.

Bu insanların dini etiqadlarına gəldikdə isə, onların 31-i xristian, 21-i müsəlman, 14-ü hindu, 6-sı isə buddist olardı. 100 insandan 12-si digər dinlərə, 16-sı isə heç bir dinə etiqad etməzdi.

Cəmi 100 insandan ibarət dünyanın sakinlərinin 17-si çin, 8-i hind, 8-i ingilis, 7-si ispan, 4-ü ərəb, 4-ü rus və 52-si digər dillərdə danışardı.

Bu insanlardan 82-si yazmaq və oxumaq vərdişlərinə sahib olduğu halda, 18 nəfər bu imkandan məhrum olardı. 1 insan kollec təhsilinə sahib olduğu bir zamanda, yalnız 1 insan fərdi kompüterə sahib olmağı ilə qürur duyardı.

 İnsanlardan 75 nəfəri müəyyən qidaya və yağış, külək kimi təbiət hadisələrindən qorunmağa sığınacağı olardı.

Ölüm hallarına gəldikdə isə, 1 nəfər aclıqdan, 17 nəfər qida yetməzliyindən, 15 nəfər isə çəki artıqlığından dünyasını dəyişərdi.

Bu insanların 83-ü təmiz içməli suya sahib olduğu halda, 17 nəfər bu şansdan məhrum olardı.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.