16 C
Baku
Thursday, April 18, 2024

Dünyada dollar milyonçularının sayı artıb

Dünyada dollar milyonçularının sayı artıb.

Bu barədə “Capgemini” konsaltinq şirkəti tərəfindən açıqlanan Dünya Sərvətinin Hesabatında (“World Wealth Report”) bildirilib.

Sənədə əsasən, 2021-ci ildə milyonçuların sayı 7,8 faiz çoxalaraq 22,6 milyon nəfərə yüksəlib. Dünya varlılarının ümumi sərvətləri ötən illə müqayisədə 8 faiz artaraq 86 trilyon dollara (82 trilyon avro) çatıb.

Hesabat dövründə dünyada ən varlıların sayına görə üçlüyə daxil olan Almaniyada dollar milyonçularının sayı 2020-ci illə müqayisədə 100 min nəfər artaraq 1 milyon 630 min nəfər təşkil edib.

Almaniyada dollar milyonçularının sərvəti son bir ildə 7,4 faiz artaraq 6,3 trilyon dollar (6 trilyon avro) olub.

“Capgemini”nin hesabatına əsasən, dollar milyonçularının sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 7 milyon 460 min milyonçu var. İkinci yeri 3 milyon 650 min nəfərlə Yaponiya, üçüncü yeri 1 milyon 630 min nəfərlə Almaniya tutur, sonrakı sırada isə 1 milyon 540 min milyonçu ilə Çin gəlir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər