Keçən il dünyada elektromobil satışları əvvəlki ilə görə rekord artımla 3.2 milyon ədədə çatıb.
Banker.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu satışların yüzdə 84-ü Avropa və Çinin payına düşür.
Beləliklə, keçən il elektromobillərin satışları 2019-cu ildə satılan 2.1 milyon avtomobilə nisbətən 43% artaraq 3.2 milyon ədədə çatıb.
Bu artımla dünyada elektrikli nəqliyyat vasitələrinin ümumi sayı 10 milyonu keçib. Elektromobillərin ümumi nəqliyyat bazarındakı payı 2019-cu ildə yüzdə 2.5-dən 2020-ci ildə yüzdə 4.2-yə yüksəlib.
2020-ci ildə ABŞ-da satılan elektromobillərin sayı isə əvvəlki ilə görə 4% artaraq 328 minə çatıb.