10 C
Baku
Friday, December 13, 2024

Dünyada elektron kağız üçün ilk printer təqdim olunub

“E Ink Holdings” şirkəti rəqəmli displeylərdə çoxdəfəli çap üçün “JustPrintIt” texnologiyasını təqdim edib. Xüsusi printer üçün kağız qismində elektron mürəkkəb texnologiyasına əsaslanan displeylər istifadə olunacaq. İstehsalçı əmin edir ki, belə sənədi saxtalaşdırmaq mümkün deyil.
 

“EPaper” adlı elektron kağız bank kartı ölçüsündə yığcam rəqəmli displey formasındadır. “JustPrintIt” texnologiyasını dəstəkləyən xüsusi printerin köməyi ilə müxtəlif təsvirləri sözügedən elektron kağızda dəfələrlə çap etmək olar. Belə daşıyıcının xidmət müddəti təxminən 1000 çap təşkil edir.
 
Smartfon və planşetlərdən fərqli olaraq, rəqəmli yazıya müdaxilə qeyri-mümkündür: yalnız firma avadanlığının köməyilə təsviri yeniləmək mümkündür, çünki belə displeylərdə elektron komponent və ya proqram təminatı yoxdur.
 
Yeni hazırlama avqustun 28-də “Touch Taiwan” texnologiya sərgisində təqdim ediləcək.

©İctnews

Son xəbərlər
Digər xəbərlər