10 C
Baku
Wednesday, December 11, 2024

Dünyada gedən dollar “müharibələri” və onun əsasında dayanan fundamental ideyalar

Müharibə dollara necə kömək edə bilər? Hərbi və maliyyə əməliyyatları arasında ortaq cəhətlər hansılardır?

Onlar arasındakı əlaqəni anlamaq üçün bir neçə vacib nüansı qeyd etmək lazımdır.

Beləliklə:

Bəşər insanları pulu müxtəlif metallardan hazırlamışlar. Demək olar ki, bütün pul nişanları bu cür idi. Qiymətli metal yoxdursa, pul da yoxdur. Pulların sayı onların hazırlandığı metalın sayı ilə məhdudlaşır.

1694-cü ildə kral Oranlı Vilhemin dəstəyi ilə İngiltərə Bankı yaradılır. Bu dünyada ilk emissiya mərkəzi olur. Daha doğrusu bir qrup şəxs pul buraxmağa başlayır. Məsələ onda idi ki, istehsal edilən pullar kağız materialdan idilər və guya qızıl ilə təmin ediliblər. Və kağız funtun sahibi istənilən vaxt onu sarı metaldan olan funtla dəyişə bilərdi.
Əslində bankirlər “cığallıq” edirlər. Belə ki, onlar əllərində olan qızıl sayından əhəmiyyətli dərəcədə çox kağız pul buraxırlar.

İdeya çox sadə idi və buna görə də heç nədən pul istehsal etmək qərarına gələn “ağıllıları” aradan götürmək lazım idi. Avropa tarixinin növbəti səhifələri – İngiltərə bankının və onun planetdə maliyyə hegemonluğunu ələ keçirmək istəyən sahibləri arasında mübarizəni təsvir edir.

ABŞ İngiltərədən müstəqillik əldə etdikdə bankirlər bu ölkədə maliyyə sisteminə nəzarəti itirdilər və bunu yalnızca 1913-cü ildə geri qaytara bildilər. Bu zaman prezident Vudro Vilsonun əmri ilə Federal Ehtiyat Sistemi yaradılır. Bu da İngiltərə Bankı kimi emissiya mərkəzi idi və eyni şəxslərə məxsus idi.

Lakin bu zaman bütün dünya valyutaları qızıldan idi. Nə etmək? Əlbəttə ki, bütün rəqibləri aradan götürmək, digər qızıl valyutalarını məhv etmək, ingilislərlə rəqabət aparan iqtisadiyyatları dağıtmaq lazım idi.

FES-nin yaradılmasından sonra 1914-cü ildə I dünya müharibəsi başlanır və müharibə gedişində qızıl rubl və qızıl alman markası yox olur.

Onun ardınca isə II dünya müharibəsi gəlir və 1944-cü ildə imzalanan saziş əsasında müharibə sonrası dünyanın maliyyə sisteminin çertyojları çəkilir. Bütün dünya ticarəti yalnızca dollar ilə aparılmağa başlanır. Mahiyyət etibarilə o qızılı əvəz edir. Və hər hansı bir ölkəyə dollar lazım olduqda ABŞ onu çap edir və hər 35 dollara üçlü qızıl unsiyası ödəməyə hazır olduğunu vəd edir.

1973-cü ildə artıq dolların tərkibində qızıl olmadığı elan edilir. Pulların özü də məhsula çevrilir. ABŞ-da yüksək həyat şəraiti yaşıl valyutaya tələbatla ölçülməyə başlanılır. Bütün dünya onları kolleksiya etməyə başladığı bir vaxtda ABŞ sadəcə onları “çəkirdi”.

FES tərəfindən “çəkilmiş” dollarların sayı həddindən artıq çox olduqda ondan necə istifadə etmələrini düşünməyə başladılar. ABŞ bütün dünyadan borca dollar yığmağa başladı, qarşılığında isə ABŞ dövlət istiqrazları verilirdi.

Bütün dünya ölkələrinə verilmiş bu dövlət istiqrazlarının sayı ABŞ-ın dövlət borcunun həcmini təşkil edir və hazır ki gündə bu borc 14,5 trilyon dollara bərabərdir. Bu o deməkdir ki, ABŞ öz ehtiyacları üçün qazandıqlarından daha çox, 14,5 trilyon dollar xərcləmişlər. ABŞ-ın büdcə defisiti isə 2 trilyondan çoxdur.

Bütün dünyanı vəsaitlərindən istifadə etməməyə necə məcbur etmək olar? Yalnız iki üsul ilə: yalan və güc. İlk olaraq ingilsilərin öz sifarişləri ilə yalan danışan KİV-ləri, üstəlik dünyanın ən güclü ordusu var. Lakin ABŞ-ın dövlət borcu qarşısıalınmaz yüksək həddə çatdıqda, onların isə gücü zəiflədikdə bütün dünya yeni qaydalar üzrə oynamalı olur. Daha doğrusu, dolları dünyanın yeganə ehtiyat valyutası etməmək, ona minimum yuan, avro və rubl kimi valyutalar əlavə etmək…

Yenə rəqabət, valyuta və iqtisadiyyatların rəqabəti. ABŞ yalnızca kiminsə onun büdcə kəsrini maliyyələşdirdikdə, dollar və dövlət istiqrazlarını aldığı halda suyun üzərində qala bilər. ABŞ-a borc verilməsi dayandırılsa bütün bu piramida çökəcək.

Dollara və dövlət istiqrazlarına yüksək tələbatı necə qorumaq olar, bir halda ki o enirsə? Cavab sadədir: digər valyutaları gücdən salmaq və bütün dünyada yalnızca dolları möhkəmlətmək.

Buna isə dolların bir zamanlar dünya iiqtisadiyyatının zirvəsinə qalxdığı yolla nail olmaq olar. Dolların xilas edilməsi – müharibədir. Lakin müharibə baş tutmayacaq. Deməli, dünya iqtisadiyyatının sabitliyini pozmaq üçün başqa üsuldan – xaos və inqilabdan istifadə etmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər