15 C
Baku
Friday, May 10, 2024

Dünyada geniş yayılmış dillər hansılardır?

Siyahıda ilk yeri çin dili tutur. Belə ki, 1 milyard 213 milyon insan bu dildən istifadə edir və Çin, Sinqapur, Malayziya və Tayvanda dövlət dili hesab olunur. İkinci yerdə isə İspaniya və bütün Latın Amerikasında istifadə olunan ispan dilidir. Bu dil 329 milyon insanın doğma dili hesab olunur. 

Dillərin geniş yayılma reytinqinə görə üçüncü yerdə ingilis dili qərarlaşıb. Hazırda 1 milyon 328 milyon insan bu dili doğma dil hesab edir. İngilis dili Yer kürəsində geniş yayılmış dillərdəndir. Çin və ispan dillərindən fərqli olaraq bu dildən bütün materiklərdə, daha dəqiq isə 112 ölkədə istifadə olunur. Məsələn, Avropada İrlandiya və Böyük Britaniyada, Şimali Amerikada ABŞ və Kanadada, Afrikada Nigeriya, CAR və Zimbabvedə, Asiyada Sinqapur və Malayziyada, həmçinin Avstraliyada istifadə olunur.

Ərəb dili siyahıda dördüncü yerdədir və 57 ölkənin rəsmi dilidir. Bu dil 221 milyon insanın doğma dilidir.

Beşinci yer isə hindi dilinə məxsusdur. Bu Hindistan və Ficinin rəsmi dilidir və 182 milyon insan bu dildən istifadə edir.

Altıncı yeri 181 milyon insanın istifadə etdiyi benqal dili tutur və Banqladeşin rəsmi dili hesab edilir. Bununla yanaşı Qərbi Benqaliya ştatında hind dilindən də istifadə olunur.

Geniş yayılmasına görə yeddinci yerdə olan portuqal dili 10 ölkənin rəsmi dili hesab olunur. Bunlar Portuqaliya, Braziliya, Mozambik, Anqola, Keyp-Verd, San-Tom, Qvineya-Bisau, Prinsip, Makao və Şərqi Timordur və 178 milyon insan bu dildən istifadə edir.

Səkkizinci yer isə slavyan yarımqrup dilləri arasında geniş yayılmasına görə rus dilinə məxsusdur və 144 milyon insanın doğma dilidir. Rus dili Rusiya Federasiyasının, Belorusiyanın, Qazaxıstanın, Qırğızıstanın, Krımın, Ukrayna muxtar respublikasının, Tulsea mahalının yeddi qurumunun, rumin şəhəri Konstansın və New-Yorkun rəsmi dil hesab olunur.

125 milyon insanın doğma dili olaraq yapon dili siyahıda doqquzuncu yerdədir. Bu dil Yaponiyanın rəsmi dili olmaqla yanaşı, bu dildən Cənubi Koreya, Koreya Xalq Demokatik Respublikası, Tayvan, Quam, Avstraliya və Peruda da istifadə olunur.

Bu siyahıda onuncu yeri alman dili tutur və bu dildən 110 milyon insan istifadə edir. Alman dili həmçinin Avropa İttifaqının istifadə etdiyi dillərdən biridir. Rəsmi dil olaraq isə Almaniya, Avstriya, İsveçrə, Lixteynşteyn, Lüksemburq və Belçikada istifadə edilir. Bununla yanaşı Danimarka, İtaliya və Polşada da geniş yayılmışdır. Həmçinin Vatikanı mühafizə edən İsveçrə qvardiyaları da alman dilində danışırlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər