Dünyada hələ də üstü açılmamış sirlər

Voyniç əlyazması – sirli bir kitabdır və təxminən 600 il əvvəl naməlum bir müəllif tərəfindən naməlum bir ildə yazılıb. Əlyazma 4 nümunəsinin radiokarbon analizinin nəticələrinə əsasən bu əlyazmanın 1404-1438-ci illər arasında yazıldığı müəyyən olunmuşdu. Bu günümüzə qədər dəfələrlə bu əlyazmanın sirrini açmağa çalışsalar da bir nəticə verməmişdi. Mütəxəssislər gəldiyi nəticə isə belədir ki, əlyazma açıq-aydın bir məntiqi struktura malik süni bir dildə yazılıb.

Kriptos – şifrəli mətnli bir heykəldir və Virciniya ştatında yerləşir. Bu heykəlin quraşdırılmasından artıq 20 il keçsədə, onun üzərindəki mətnin şifrəsi hələ də sirr olaraq qalır. Kriptoanalitiklərin ümumdünya ictimaiyyəti bu günə qədər yalnızca 3 bəndin şifrəsini aça bilmişlər, qalan 97 bənd hissəsi isə hələ də aydınlaşdırılmayıb.

Çoban heykəli – 18-ci əsrə aiddir və İngiltərənin Staffordşir qraflığında yerləşir. Bu heykəlin üzərində hərflərin qəribə ardıcıllığından ibarət – DOUOSVAVVM kodu yazılmışdır. Bu heykəlin 250-dən artıq yaşının olmasına baxmayaraq bu kodun nə demək olduğu hələ də müəyyən olunmayıb. Bu şifrənin müəllifi naməlumdur və bir çoxları bunu nəyinsə ipucu olduğunu hesab edirlər. Çarlz Dikkens və Çarlz Darvin kimi bir çox dahi insanlar da bu yazının nə demək olduğunu anlamağa çalışsalar da bir nəticə verməmişdi.

“Taman Şud” məsələsi Avstraliya üçün ən böyük tapmacalardan biridir. Burada söhbət 1948-ci ildə Adelaida da Somerton Biç çimərliyində tapılmış naməlum insan cəsədindən gedir. Cəsədin şalvarına tikilmiş gizli cibdən üzərində yalnızca “Tamam Şud” yazılan bir kağız parçası çıxmışdı. Bu cümlə Ömər Xəyyamın poemalarının toplusu olan “Rübailər”in son səhifəsində də var. Bundan sonra “Rübailərin” bir nüsxəsi də tapılmışdı ki, burada da qəribə kod var idi. Bu iki kod hələ də öz sirrini qorumaqda davam edir.

Zodiak məktubu – bu 4 şifrələnmiş məktubdan ibarətdir və bu məktub məşhur silsilə qətllər törədən və San-Fransisko əhalisinə qarşı terror aktı törədən bir şəxsə aiddir. Çox güman ki, məktublar qatil tərəfindən jurnalistləri və polisi qəzəbləndirmək üçün yazılmışdı. Bu məktubların yalnız birinin şifrəsini açmaq mümkün olmuşdu, qalan 3-ü isə hələ qeyri-müəyyənliyini qoruyub saxlayır. Həmçinin bu qatilin şəxsiyyəti də müəyyən olunmamışdı.

Beyl kriptoqramı – 3 şifrələnmiş məlumatdan ibarətdir və bu kriptoqram özündə qızıl, gümüş və qiymətli daşlardan ibarət xəzinənin yerini gizlədirdi. Yeri hələ də müəyyən olunmamış bu xəzinənin dəyəri müasir məbləğlə təxminən 30 milyon dollar təşkil edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.