Dünyada hər ikinci bankomat Asiya-Sakit Okeanı regionunda quraşdırılıb

2016-cı ildə dünyada quraşdırılan bankomatların sayı 3% artıb və 3,3 milyon cihaz təşkil edib. Son bir neçə ildə olduğu kimi yenə də quraşdırılan bankomatların böyük bir payı Asiya-Sakit Okeanı regionunun payına düşür.

2016-cı ildə bankomatların sayı Asiya-Sakit Okeanı regionu ölkələri sırasında ən çox Çində artıb. Yerli banklar yeni bankomatlar cəlb etməyə və bank xidmətləri göstərilməyən kəndlərdə və şəhər rayonlarında bankomatların quraşdırılması hesabına müştərilərə xidmət səviyyəsinin yüksəldilməsinə can atır. Lakin qeyd etmək lazımdır ki, RBR-in araşdırmasına görə (Global ATM Market and Forecasts to 2022) Çində ATM quraşdırılması templəri ləngiyib. Belə ki, banklar fəal şəkildə alternativ özünəxidmət terminallarına maraq göstərir. Belə cihazların quraşdırılması bankomatlardan daha ucuz başa gəlir və bir qayda olaraq daha geniş funksiya təklif edir.

Bundan əlavə, araşdırmalar sübut edib ki, 2016-cı ildə Çin ilə yanaşı, Hindistan, Filippin, Pakistan və Banqladeş də daxil olmaqla, digər iri Asiya bazarlarında da əhəmiyyətli artım müşahidə edilib. Bu ölkələrdə dövlət və bankların əhalinin maliyyə xidmətlərinə əlçatanlığının genişləndirilməsi təşəbbüsləri uğurlu alınıb və bank xidmətlərindən yararlanmaq şansı əldə edən istifadəçilərinin sayının artmasına səbəb olub. Bu isə öz növbəsində, nağd vəsaitlərə tələbatın artmasına səbəb olub ki, bu da əlavə bankomatların quraşdırılmasına ehtiyac yaradıb.

Asiya-Sakit Okeanı regionunda dayanıqlı artım davam etdiyi bir zamanda, 50 il əvvəl ilk bankomatın quraşdırılmasından bu günə qədər ilk dəfə onların sayının azalması müşahidə edilir. Belə ki, 2015-ci il ilə müqayisədə ötən ilin sonuna doğru bu rəqəm 2 min terminal azalıb.

Regionun Böyük Britaniya, Almaniya və Fransa kimi üç nəhəng bazarında installyasiya bazasının azalması müşahidə edildiyi bir zamanda, Skandinaviya ölkələrində bankomatların sayı sürətlə azalmağa davam edirdi. İsveç, Norveç, Danimarka və Finlandiyada illik 5% və daha çox azalma qeydə alınıb. Burada istifadəçilər daha çox kartlar və mobil bankçılıq tətbiqetməsi kimi alternativ ödəniş vasitələrindən istifadə etdiyindən nağd pullara tələbat azalır.

Global ATM Market and Forecasts to 2022 araşdırmasının rəhbəri Rowan Berridge qeyd edib: “Son on il ərzində Çİn və Hindistan kimi Asiya ölkələrində bankomatların sayı inanılmaz templərlə artırdı. Bunun da nəticəsində Asiya-Sakit Okeanı regionu bankomat sayına görə dünyanın nəhəng regionu oldu. Bu tendensiyanın yaxın illərdə davam edəcəyi gözlənilir. Proqnoza görə, 2022-ci ilin sonuna qədər təkcə Çinin payına təqribən 1 milyon cihaz düşəcək ki, bu da bütün Şimali Amerika və Qərbi Avropa ölkələrində olduğundan çoxdur”.

Son xəbərlər
Digər xəbərlər