Beynəlxalq Avtomobil İstehsalçıları Təşkilatının məlumatına görə, 2023-cü ildə avtomobillərin qlobal istehsalı pandemiyadan əvvəlki 2019-cu ilə nisbətən 2% artıb və 93.5 milyon ədədə çatıb.
Onların təxminən üçdə biri (32.2%) Çin istehsalıdır ki, bu da bazar payı 11.3% olan ikinci ən böyük istehsalçı ABŞ-dən təxminən üç dəfə çoxdur. Çində avtomobil istehsalının həcmi daxili tələbatdan iki dəfə artıqdır ki, bu da avtomobillərin əhəmiyyətli hissəsini ixrac etməyə imkan verir.
Amerikanın “Tesla” şirkəti bazar kapitallaşmasına görə dünyanın ən böyük avtomobil istehsalçısıdır: İlon Maskın şirkəti dünyanın qalan ən böyük avtomobil istehsalçılarının ümumi dəyəri qədərdir. Bununla belə, “Tesla”nın bazar dəyəri onun istehsal göstəricilərinə o qədər də uyğun gəlmir: 2023-cü ildə şirkət “Toyota”nın 11.2 milyon avtomobilinə qarşı cəmi 1.8 milyon avtomobil satıb.