13 C
Baku
Friday, April 19, 2024

Dünyada hava ilə işləyən ilk batareyasız çip təqdim edildi

İsrailin “Wiliot” startapı “National Retail Federation” (NRF) sərgisində ölçülmüş məlumatları 3 metrədək məsafəyə ötürə bilən innovativ telemetrik sensor təqdim edib. Maraqlıdır ki, qabaqcıl çip naqil və batareyaya malik deyil, “havadan” əldə olunan enerji ilə işləyir.

Banker.az “ICTnews” saytına istinadən yazır ki, “ARM” prosessorla təchiz edilmiş kiçikölçülü modul obyektlərin çəkisini və temperaturunu “hiss edə” və bu məlumatları şifrlənmiş kanal vasitəsilə ötürə bilir. Yarımkeçirici çip “Bluetooth”, “Wi-Fi” və mobil şəbəkələrdən yayılan elektromaqnit enerjisi ilə işləyir.

Son xəbərlər
Digər xəbərlər