15 C
Baku
Saturday, May 11, 2024

Dünyada ilk: Böyük Britaniyada xalis qızıldan bank kartları hazırlanır – Foto

Böyük Britaniyanın Kral zərbxanası xalis qızıldan hazırlanan debet bank kartlarının istehsalına başlanıldığını bildirib.

Bu barədə məlumat zərbxananın rəsmi saytında yerləşdirilib. “Saf qızıldan hazırlanan ödəniş kartı eksklüziv bank imtiyazları əldə etmək istəyən şəxslər üçündür”, – məlumatda belə deyilir.

Kart “Mastercard” sistemi və elektron ödəniş texnologiyaları ilə məşğul olan “Accomplish Financial” kompaniyası tərəfindən birgə istehsal edilir və dünyada qiymətli metaldan hazırlanan dünyanın ilk bank kartıdır.

Sahibinin adı və imzası 18 karatlıq qızıldan hazırlanan ödəniş kartına həkk olunacaq. Kart sahibləri faizsiz valyuta mübadiləsi və ya səyahətlər zamanı bütün sutka ərzində fəaliyyət göstərən “konsyerj” xidmətləri kimi genişləndirilmiş bank funksiyaları və imtiyazlarından istifadə edə biləcəklər.

gold card

gold cadrd

©Azərtac

Son xəbərlər
 ⁠
Digər xəbərlər