18 C
Baku
Tuesday, May 28, 2024

Dünyada ilk dəfə məscidi 3D printerlə tikəcəklər – FOTOLAR

Dubayda dünyanın ilk tam 3D printerlə çap edilmiş məscidinin tikilməsi planlaşdırılıb.

Bu barədə BƏƏ-nin İslam və Xeyriyyə Departamentindən xəbər verilib.

Bildirilir ki, 3D çap texnologiyasının istifadəsi tikinti materiallarının istehlakını azaldacaq. Bundan əlavə, bu üsul təbiətə zərər vermir.

Layihə üzərində işləyən mühəndislər etiraf ediblər ki, eksperimental xarakter daşıdığından 3D tikinti adi üsulla məscid tikməkdən 30% baha başa gələcək.

2 min kvadratmetr sahəsi olacaq məscidin tikintisinə 2023-cü ilin oktyabrında başlanılması planlaşdırılır.

Layihə 3D çap texnologiyasının inkişafı və əmirliyin paytaxtının 2030-cu ilə qədər bu sahədə dünya lideri olması strategiyasının bir hissəsi kimi həyata keçirilir.

Untitled 2 1 Untitled 1 197 231523 dubai first mosque world 3d printing 3

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər