Danimarka dünyada ilk dəfə olaraq “rəqəmli səfir” təyin etmək niyyətindədir.
Mənbə xarici mediaya istinadən məlumata görə, Danimarka xarici işlər naziri Anders Samuelsen məsələ ilə bağlı bildirib ki, belə səfirin təyin edilməsinin vaxtı çoxdan çatıb.
Nazir vurğulayıb ki, İT şirkətlər getdikcə daha çox inkişaf edir və onların qazandıqları dəyər isə dövlətlərin böyük iqtisadi göstəriclərinə yaxınlaşır.
Qeyd edilir ki, “rəqəmli səfir” Facebook, Apple, Google və Microsoft kimi iri korporasiyalarda Danimarkanın maraqlarını təmsil edəcək.