İsveçin “Urbanista” startapı dünyada ilk günəş batareyalı qulaqlıqlar təqdim edib. Daha əvvəl şirkət tam ölçülü günəş batareyalı qulaqlıqlar buraxmışdı, indi isə oxşar aksesuarın daha kiçik ölçüsünü yaradıb.
Banker.az bu barədeə “TJournal”a istinadən xəbər verir.
Yenilik “Phoenix” adını alıb. Böyük ölçülü analoqlardan fərqli olaraq, bu qulaqlıqlarda günəş batareyaları keysin deyil, aksesuarın özünə quraşdırılıb. İstehsalçı qeyd edir ki, qulaqlıqlar fasiləsiz olaraq səkkiz saatadək işləyir.
“Phoenix” qulaqlıqları 2022-ci ilin payızında satışa çıxacaq, qiyməti isə $149 təşkil edəcək.