19 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Dünyada ilk ölkə “Apple” və “Google”u kənar ödəniş sistemlərinə icazə verməyə məcbur edib

Screen Shot 2021 09 02 at 14.34.20

Cənubi Koreya Milli Assambleyası tətbiq mağazası sahiblərinin ödəniş sistemlərindən istifadə etməyi tələb edən qaydanı ləğv edəcək.

Banker.az bu barədə Yeni qanun layihəsi ölkə prezidenti tərəfindən imzalanandan sonra qüvvəyə minəcək. Yeni tələbləri pozan şirkətlər Cənubi Koreyada gəlir məbləğinin üç faizinə qədər cərimə ödəyəcək.

Cənubi Koreyanın İT nəhənglərinin rəqəmsal platformalarını idarə etmə üsulu ilə qanuni olaraq mübarizə aparması barədə “The Wall Street Journal” qəzeti yazıb. İndi böyük korporasiyalar tətbiq mağazalarında kənar ödəniş sistemləri vasitəsilə ödənişlərə icazə vermə olacaq.

Qanun layihəsi həmçinin tətbiq mağazası sahiblərinin proqramların təsdiqini əsassız olaraq gecikdirməsini və ya onlayn platformadan silinməsini də qadağan edir.

“Google” və “Apple” nümayəndələri bu dəyişikliklərin şirkətlərin işinə mənfi təsir edəcəyini hesab edirlər. 

İT nəhənglər kənar ödəniş sistemlərindən istifadə edən istifadəçilərin fırıldaqçıların qurbanı ola biləcəyini də vurğulayıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər