Dünyada internetin sürətinə görə Azərbaycanın reytinqi açıqlandı – geriləməkdən çıxırıq

Azərbaycan dünyada mobil internetin sürətinə görə 137 ölkə arasında 66-cı yeri tutub.

Banker.az xəbər verir ki, bu barədə “Speedtest Global Index” hesabatının iyun ayı üçün açıqlanan reytinqində deyilir.

Məlumata görə, ölkəmiz sabit internetin sürətinə görə isə 181 ölkə arasında 122-ci yerdə qərarlaşıb.

Reytinqə əsasən, 1 ay ərzində Azərbaycanda mobil internetdən yükləmənin sürəti 36.34 Mb/saniyədən 37.11 Mb/ saniyəyə qalxıb. Sabit internetin yükləmə sürəti isə 23.25 Mb/saniyədən 25.59 Mb/saniyə qalxıb.

“Speedtest Global Index” reytinqinə əsasən, iyun ayında Azərbaycan mobil internetin sürətinə görə bir ildə 2 pillə irəlliyərək 66-cı olub. Sabit internetin sürətində isə 3 pillə irəliləyib və 122-ci olub.

Qeyd edək ki, dünyada ən sürətli interneti olan ölkələrin ilk üçlüyünün reytinqinə isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Cənubi Koreya və Qətər daxil olub.

Dünyada ən zəif mobil internet isə Əfqanıstan, Venesuela və Somalidir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.