İqlim dəyişikliyi və insan fəaliyyətinin bu prosesə təsirinə həsr olunmuş “State of Climate Action” adlı illik hesabatın məlumatına görə, 2024-cü il dünyada kömür istifadəsinin həcmi baxımından rekord il olub.
Hesabat “World Resources Institute” analitika mərkəzinin rəhbərliyi ilə hazırlanıb. Sənəddə qeyd olunur ki, “kömür elektrik enerjisi istehsalında istixana qazı emissiyalarının üçdə ikisinə səbəb olur, buna görə də onun istifadəsini azaltmaq olduqca vacibdir”.
Mütəxəssislər bildirirlər ki, kömür enerjisinin payı qlobal elektrik istehsalında bir qədər azalıb — 2019-cu ildəki 37%-dən 2024-cü ildə 34%-ə. Lakin ümumi enerji tələbatının artması səbəbindən, kömürdən istifadə mütləq ifadədə rekord səviyyəyə çatıb.
Hesabat müəlliflərinin fikrincə, dünyadakı ölkələr hələ də istixana qazı emissiyalarını azaltmaq üzrə müəyyən etdikləri məqsədlərə çata bilmirlər — emissiyalar azalma tempinə baxmayaraq hələ də artır.
“World Resources Institute”un elmi əməkdaşı Klea Şumer qeyd edib:
“Heç bir şübhə yoxdur ki, ümumilikdə düzgün istiqamətdə hərəkət edirik. Sadəcə, kifayət qədər sürətli irəliləyə bilmirik. Ən narahatedici nəticələrdən biri odur ki, artıq ardıcıl beşinci ildir ki, kömürdən mərhələli şəkildə imtina səyləri ciddi şəkildə geri qalır”, – mesajda deyilir.