Dünyada COVID-19-a yoluxanların sayı 100 milyonu keçib.
Banker.az “Worldometers”-ə istinadən xəbər verir ki, bununla koronavirusa yoluxanların sayı 100 milyon 285 min 517 nəfərə çatıb.
Məlumata əsasən, virusdan ölənlərin sayı 2 milyon 149 min 461 nəfər, xəstəlikdən sağalanların sayı isə 72 milyon 292 min 984 nəfərdir.
Qeyd edək ki, COVİD-19-a yoluxma üzrə ən çox göstərici ABŞ-da qeydə alınıb. Belə ki, burda ümumilikdə 25 milyon 861 min 597 nəfər koronovirusa yoluxub. COVİD-19-a yoluxmada ikinci yerdə gələn Hindistanda ümumi yoluxma 10 milyon 677 min 710, üçüncü yerdə gələn Braziliyada isə ümumi yoluxma 8 milyon 872 min 964-dir.
Azərbaycan isə bu sıralamada 229 min 32 ümumi yoluxma ilə dünya ölkələri arasında 50-ci yerdədi.