23 C
Baku
Sunday, September 29, 2024

Dünyada koronavirusa yoluxanların sayı 172 milyonu keçdi

Dünyada COVID-19-a yoluxanların sayı 172 milyonu ötüb.

Banker.az  “Worldometers”-ə istinadən  xəbər verir ki, bununla koronavirusa yoluxanların sayı 172 milyon 466 min 982 nəfərə çatıb.

Məlumata əsasən, virusdan ölənlərin sayı 3 milyon 707 min 801, xəstəlikdən sağalanların sayı isə 155 milyon 123 min 265 nəfərdir.

Qeyd edək ki, COVİD-19-a yoluxma üzrə ən çox göstərici ABŞ-da qeydə alınıb. Belə ki, burda ümumilikdə 34 milyon 154 min 305 nəfər koronovirusa yoluxub. COVİD-19-a yoluxmada ikinci yerdə gələn Hindistanda ümumi yoluxma 28 milyon 441 min 986, üçüncü yerdə gələn Braziliyada isə ümumi yoluxma 16 milyon 720 min 81-dir.

Son xəbərlər
Digər xəbərlər