Dünyada koronavirusa yoluxanların 244 996 373 nəfərə çatıb. Bu barədə Con Hopkins Universiteti məlumat verib. Qeyd olunur ki, pandemiya başlayandan bəri indiyədək 4 971 548 nəfər COVID-19-dan ölüb.
Banker.az xəbər verir ki, ən çox yoluxma və ölüm ABŞ-da müşahidə olunur – orada 45 703 960 yoluxma hadisəsi qeydə alınıb.
Yoluxanların sayına görə ikinci yeri Hindistan tutur – 34 215 653 nəfər. Üçüncü yerdə 21 766 168 nəfərin yoluxma ilə Braziliya tutub.