22 C
Baku
Thursday, August 11, 2022

Dünyada koronavirusa yoluxanların sayı 27,5 milyona çatır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusla bağlı son vəziyyəti açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytına istinadən xəbər verilir ki, hazırda dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 27,485 milyondan çox təşkil edir.

Təşkilat bildirib ki, dünyada bu günə kimi COVID-19-dan demək olar, 895 min insan ölüb.

Dünyada təhlükəli infeksiyaya ən çox yoluxma Amerika regionunda qeydə alınıb. Bu regionda koronavirusa 14,257 milyon insan yoluxub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Hazırda virus 218 ölkə və bölgədə qeydə alınıb. ÜST COVID-19-u pandemiya elan edib.

MənbəReport.az
Son xəbərlər
Oxşar xəbərlər