Dünyada COVID-19-a yoluxanların sayı 342 596 024 nəfərə çatıb.
Banker.az xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin təqdim etdiyi məlumatda deyilir.
Qeyd edək ki, pandemiya başlayandan koronavirus infeksiyasından 5 574 351 nəfər ölüb.
Yoluxma üzrə hələ də ABŞ liderlik edir – orada 69 308 600 nəfər yoluxub, onlardan 860 248 nəfər ölüb.
Daha əvvəl ÜST-nin təcili xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Maria van Kerkhove koronavirusun tədricən endemik hala gəldiyini söyləyib.