5 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Dünyada koronavirusa yoluxanların sayı 4 milyonu ötdü

Dünyada koronavirusdan ölənlərin sayı 277 min nəfəri ötüb.

Bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanları, habelə KİV və başqa mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Universitetin məlumatına görə, dünyada COVID-19-a yoluxanların ümumi sayı 4 004 224 təşkil edir. Qeyd edilir ki, COVID-19 yoluxan 277 860 insan ölüb.

Dünyanın ayrı-ayrı ölkələrində sağalan koronavirus xəstələrinin ümumi sayı 1 348 383 nəfər təşkil edir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər