18 C
Baku
Sunday, September 8, 2024

Dünyada koronavirusa yoluxanların sayı 460 milyonu keçib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə axşamı elan edib ki, dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 460 milyonu, ölənlərin sayı isə 6.05 milyonu keçib.

Banker.az xəbər verir ki, martın 16-sına olan məlumata görə, pandemiya başlayandan dünyada 460 280 168 yoluxma və 6 050 018 ölüm barədə məlumat alınıb. Gün ərzində yoluxanların sayı 1 679 215 nəfər artıb.

Ən çox yoluxma ABŞ (78 865 157), Hindistan (42 998 938), Braziliya (29 380 063), Fransa (22 938 532) və Böyük Britaniyada (19 820 185) qeydə alınıb. Ölüm sayına görə də bu ölkələr liderdir.

 

Son xəbərlər
Digər xəbərlər