-1 C
Baku
Sunday, December 15, 2024

Dünyada koronavirusa yoluxanların sayı 56 milyonu ötdü

Dünyada yeni COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların 56 milyonu keçib.

Bunu Cons Hopkins Universitetinin məlumatları göstərir.

Qeyd edilir ki, pandemiya ərzində dünyada COVID-19 56 051 621 insanda aşkar edilib. Müalicə alan 1 345 639 insan ölüb. Bununla yanaşı, təhlükəli infeksiyaya qalib gələnlərin sayı 39,5 milyonu ötüb.

Dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 11 835 549 insanda təhlükəli infeksiya aşkarlanıb. ABŞ-da koronavirus infeksiyasından 255 810 insan ölüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər