15 C
Baku
Sunday, November 24, 2024

Dünyada koronavirusa yoluxanların sayı 562 milyona çatır

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 561 980 103 nəfərə çatıb.

Bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 6 368 794 nəfər təşkil edir. Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya ilk altılığı bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 89 521 016 nəfərə çatıb, 1 023 788 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 43 750 599 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 525 709 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 33 290 266 nəfər virusa yoluxub, onlardan 675 295 nəfəri ölüb.

Yoluxma sayına görə dördüncü yeri Fransa (müvafiq olaraq, 32 881 645 yoxulma, 151 454 ölüm faktı), beşinci yeri Almaniya (29 692 989 yoxulma, 142 533 ölüm faktı tutur.

Son xəbərlər
Digər xəbərlər