Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 600 milyonu ötüb, bunu dövlət orqanlarının və KİV-in apardığı statistikaya əsaslanan hesablamalarda göstərir.
Bununla belə, hazırda Covid-dən sağalanların dəqiq sayını müəyyən etmək qeyri-mümkündür, çünki ölkələr xəstə olanların deyil, yoluxma hallarının statistikasını aparır.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Yoluxma hallarının yarıdan çoxu səkkiz ölkənin payına düşür: ABŞ (94 milyon), Hindistan (44 milyon), Fransa (35 milyon), Braziliya (34 milyon), Almaniya 32 milyon), Böyük Britaniya (24 milyon), Cənubi Koreya (23 milyon) və İtaliya (22 milyon). 100 min nəfərə düşən yoluxma sayına görə Sloveniya (53.7 min), Avstriya (53.5 min) və Portuqaliya (53.3 min) seçilir.
Ən çox ölüm ABŞ (1.06 milyon), Braziliya (683 min), və Hindistanda (527 min) qeydə alınıb. Nisbi baxımdan ən yüksək ölüm göstəriciləri Peruda (100 min nəfərə 635 ölüm), Bolqarıstanda (549), Bosniya və Herseqovinada (495), Macarıstanda (493) olub.