26 C
Baku
Friday, July 5, 2024

Dünyada koronavirusa yoluxanların sayı 62 milyona çatır

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 61 milyon 988 min 71 nəfərə çatıb.
Banker.az “Worldometers” saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 449 min 114 nəfərdir. İndiyədək 42 milyon 788 min 667 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər