15 C
Baku
Friday, April 26, 2024

Dünyada koronavirusa yoluxanların sayı 70 milyonu keçib

Dünyada COVID-19-a yoluxanların sayı 70 milyonu keçib.

Banker.az  “Worldometers”-ə istinadən  xəbər verir ki, bununla koronavirusa yoluxanların sayı 70 milyon 720 min 317 nəfərə çatıb.

Məlumata əsasən, virusdan ölənlərin sayı 1 milyon 588 min 437 nəfər, xəstəlikdən sağalanların sayı isə 49 milyon 148 min 338 nəfərdir.

Dünyada koronovirusa yoluxma sırasında birinci yerdə ABŞ gəlir. Belə ki, burda koronovirusa yoluxanların sayı 16 milyon 039 min 393 nəfərdir. 9 milyon 796 min 992 nəfər yoluxma ilə Hindistan ikinci yerdə, 6 milyon 783 min 543 nəfər yoluxma ilə Braziliya isə üçüncü yerdədir.

Azərbaycan isə bu sıralamada 162 min 774 yoluxma ilə 48-ci yerdədir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər