15 C
Baku
Saturday, April 20, 2024

Dünyada koronavirusa yoluxanların sayı 72 milyonu keçib

Dünyada COVID-19-a yoluxanların sayı 72 milyonu keçib.

Banker.az  “Worldometers”-ə istinadən  xəbər verir ki, bununla koronavirusa yoluxanların sayı 72 milyon 646 min 648 nəfərə çatıb.

Məlumata əsasən, virusdan ölənlərin sayı 1 milyon 618 min 908, xəstəlikdən sağalanların sayı isə 50 milyon 864 min 820nəfərdir.

Qeyd edək ki, COVİD-19-a yoluxma üzrə ən çox göstərici ABŞ-da qeydə alınıb. Belə ki, burda ümumilikdə 16 milyon 737 min 267 nəfər koronovirusa yoluxub. COVİD-19-a yoluxmada ikinci yerdə gələn Hindistanda ümumi yoluxma 9 milyon 884 min 716, üçüncü yerdə gələn Braziliyada isə ümumi yoluxma 6 milyon 901 min 990-dır.

Son xəbərlər
Digər xəbərlər