15 C
Baku
Saturday, April 20, 2024

Dünyada koronavirusa yoluxanların sayı 78 milyonu keçib

Dünyada COVID-19-a yoluxanların sayı 78 milyonu keçib.

Banker.az  “Worldometers”-ə istinadən  xəbər verir ki, bununla koronavirusa yoluxanların sayı 78 milyon 366 min 297 nəfərə çatıb.

Məlumata əsasən, virusdan ölənlərin sayı 1 milyon 724 min 39, xəstəlikdən sağalanların sayı isə 55 milyon 128 min 559 nəfərdir.

Qeyd edək ki, COVİD-19-a yoluxma üzrə ən çox göstərici ABŞ-da qeydə alınıb. Belə ki, burda ümumilikdə 18 milyon 684 min 628 nəfər koronovirusa yoluxub. COVİD-19-a yoluxmada ikinci yerdə gələn Hindistanda ümumi yoluxma 10 milyon 99 min 308, üçüncü yerdə gələn Braziliyada isə ümumi yoluxma 7 milyon 320 min 20-dir.

Son xəbərlər
Digər xəbərlər