14 C
Baku
Thursday, November 7, 2024

Dünyada koronavirusa yoluxanların sayı 85 milyonu ötdü

Dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 85 milyonu ötüb.

Bu barədə Amerikanın beynəlxalq təşkilatların, federal və yerli hakimiyyətin informasiyaları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, hazırda dünyada COVD-19-a yoluxanların sayı 85 059 632 nəfər təşkil edir, virusa yoluxmuş 1 841 077 insan ölüb, 47 777 565 pasiyent sağalıb. Yoluxma hallarının ən böyük sayı – 20 577 177 – ABŞ-da aşkarlanıb. Birləşmiş Ştatlarda virusa yoluxmuş 351 426 insan ölüb.

Siyahıda yoluxmaların sayı üzrə ikinci yerdə 10 323 965 halla və 149 435 insan ölümü ilə Hindistan qərarlaşıb. Siyahıda ondan sonra Braziliya mövqe tutub. Bu ölkədə 7 716 405 vətəndaş təhlükəli infeksiyaya yoluxub, onlardan 196 018-i ölüb.

Cons Hopkins Universitetinin informasiyasına əsasən, Rusiya yoluxma hallarının sayı üzrə dördüncü yerdədir. Koronavirusla mübarizə üzrə federal operativ qərargahın məlumatına görə, Rusiyada 3 236 787 yoluxma halı qeydə alınıb, 2 618 882 insan sağalıb, 58 506 pasiyent ölüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər