12 C
Baku
Saturday, November 23, 2024

Dünyada koronavirusa yoluxma halları yenidən artır

Dünyada həftə ərzində yeni koronavirusa yoluxma hallarının sayı 3.1 milyon nəfər artıb ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 0.1 milyon nəfər çoxdur.

Bu, TASS-ın hesablamalarına əsasən məlum olub.

Qeyd olunub ki, virusa yoluxma halları on həftəlik azalmadan sonra ardıcıl üçüncü həftədir ki, artır.

Ən yüksək yoluxma Avropada qeydə alınıb. Birinci yerdə hər gün təxminən 120 min insana koronavirus diaqnozu qoyulan Almaniyadır, lakin bu, bir həftə əvvəlkindən 15% azdır.

Fransada koronavirusa yoluxma yüksək səviyyəyə çatıb. Üçüncü həftədir ki, ölkədə gündə təxminən 60 min yeni yoluxma faktı aşkarlanıb. Yunanıstan və İsveçrədə yoluxma faktı hələ də yüksəkdir.

Asiya və Amerikada isə yoluxanların sayında ciddi azalma var. Belə ki, ABŞ-da mart ayından bəri ilk dəfə olaraq gündə 20 mindən az yoluxma aşkar edilib. Meksikada da rəqəmlər yaz minimumuna düşüb. Braziliyada da infeksiyanın yayılma sürəti aktiv şəkildə azalıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər