-1 C
Baku
Sunday, December 15, 2024

Dünyada koronavirusa yoluxma hallarının azalacağı tarix proqnozlaşdırıldı

Dünyada koronavirus infeksiyası ən azı il yarım daha aktiv olacaq.

“RİA Novosti”nin məlumatına görə, “Rospotrebnadzor” (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik iş üzrə direktor müavini Natalya Pşeniçnaya bu barədə proqnozunu açıqlayıb.

Onun sözlərinə görə, müxtəlif ölkələrdə periodik olaraq COVID-19 səbəbi ilə “qaynar nöqtələr” ortaya çıxacaq.

Qeyd edək ki, son məlumatlara görə, dünyada 43 777 188 nəfərdə koronavirus aşkarlanıb. Virusdan bu günə kimi 1 164 516 xəstə ölüb, 32 182 181 nəfər sağalıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər