19 C
Baku
Monday, April 29, 2024

Dünyada koronavirusa yoluxma sayı 480 milyonu ötüb

Bazar günü səhər saatlarında dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 480 115 822-yə çatıb.

Bunu ABŞ-ın Cons Hopkins Universitetinin məlumatları göstərir.

Dünyada virusun yayılmasından sonra indiyədək 6 121 156 nəfər COVID-19-dan ölüb.

20 milyondan çox yoluxma halı qeydə alınan ölkələr sırasına ABŞ, Hindistan, Braziliya, Fransa və Böyük Britaniya daxildir.

Yoluxmuş şəxslərin və yoluxmadan ölənlərin sayı müvafiq olaraq belədir: ABŞ – 79 946 097 və 976 652, Hindistan – 43 019 453 və 521 004, Braziliya – 29 839 103 və 659 046, Fransa – 25 106 739 və 142 664, Böyük Britaniya – 20 848 913 və 165 046.

 

Bazar günü səhər saatlarında hər 1 milyon nəfərə ölüm nisbəti 788,5 nəfər təşkil edib. ABŞ-da bu göstərici 3 001, Hindistanda 371, Braziliyada 3 062, Fransada 2 162, Böyük Britaniyada 2 401 nəfər təşkil edib.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər