22 C
Baku
Monday, July 22, 2024

Dünyada koronavirusa yoluxma sayı 490 milyonu ötüb

Dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 490 milyon 676 min 105-ə çatıb.

Bunu ABŞ-ın Cons Hopkins Universitetinin məlumatları göstərir.

Virusun yayılması başlayandan indiyədək 6 milyon 151 min 171 nəfər dünyasını dəyişib.

İyirmi milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Böyük Britaniya və Almaniya yer alır.

Dünyada baş verən mühüm hadisələrin statistikası üzrə ixtisaslaşmış “Worldometer” portalının məlumatına görə, sutka ərzində planetin hər 1 milyon nəfərinə ölüm nisbəti 792,1 təşkil edib. ABŞ-da 3 015, Hindistanda 371, Braziliyada 3 068, Fransada 2 174, Böyük Britaniyada 2417, Almaniyada 1549 nəfər ölüb.

 

 

Son xəbərlər
Digər xəbərlər