ƏN SON: Dünyada koronavirusdan ölənlərin sayı 20 min nəfəri ötdü

Romada Qomeli Xəstəxanası/ (Photo by ANDREAS SOLARO/AFP via Getty Images)

Dünyada koronavirusa yoluxanların sayı 462 684 nəfərə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında bildirilir.

Təşkilatın məlumatına görə, dünyada 20 834 nəfər COVID-19 virusunun qurbanı olub. Bildirilir ki, pandemiya 199 ölkədə və bölgədə aşkarlanıb.

Koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları