10 C
Baku
Bazar, Dekabr 5, 2021

Dünyada koronavirusdan ölənlərin sayı 5 milyonu ötüb

Amerikanın Con Hopkins Universitetinin məlumatına görə, pandemiya başlayandan koronavirusdan ölənlərin sayı 5 milyonu ötüb. “Associated Press” vurğulayır ki, ölüm hallarının təxminən yarısı dünya əhalisinin 1/8-nin yaşadığı ABŞ, AB, Böyük Britaniya və Braziliyada qeydə alınıb.

Banker.az xəbər verir ki, COVID-19 ürək xəstəliyi və insultdan sonra üçüncü aparıcı ölüm səbəbinə çevrilib. Agentlik əlavə edir ki, 5 milyon rəqəmi çox güman ki, real göstəricilərdən aşağıdır, çünki insanların bir qismi tibbi yardım almadan evdə ölür. Bu, xüsusilə Hindistan kimi yoxsul ölkələrə uyğun gəlir.

Ümumilikdə, universitetin məlumatına görə, dünyada 246 milyondan çox yoluxma halı qeydə alınıb. Son aylarda xüsusilə Rusiya, Ukrayna və digər Şərqi Avropa ölkələrinsə artım müşahidə olunur.

Son xəbərlər
Oxşar xəbərlər
X