16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Dünyada koronavirusun ən çox aşkarlandığı ölkələrin adları məlum oldu – SİYAHI

Screen Shot 2021 09 02 at 14.34.20

Dünyada koronavirus infeksiyasına yoluxma halı ən çox qeyd edilən ölkələrin siyahısı hazırlanıb.

Banker.az “Worldometer”-ə istinadən xəbər verir ki, koronavirusa yoluxma halı ən çox ABŞ-da qeydə alınıb. Bu ölkədə 15 milyon 159 min 529 COVID-19 infeksiyası daşıyıcısı var.

Koronovirusa yoluxmada ikinci yerdə 9 milyon 677 min 203 yoluxma halı ilə Hindistan qərarlaşıb.

Braziliyada da vəziyyət ürək açan deyil. Burda COVID-19 infeksiyasına 6 milyon 603 min 540 nəfər yoluxub, 176 min 962 nəfər isə bu virusdan ölüb.

Siyahıda dördüncü yerdə qərarlaşan Rusiyada  2 milyon 488 min 912 nəfər koronovirusa yoluxub.

Fransa  həmin sırada 2 milyon 292 min 497 virus xəstəsi ilə beşinci yerdədir. Bu ölkədə 55 min 155 nəfər COVID-19-dan dünyasını dəyişib.

Qeyd edək ki, virusa yoluxma hallarının ən çox olduğu ölkələrin siyahısında 828 min 295 yoluxma ilə türkiyə 16-cı, 164 min 976 yoluxm ilə Gürcüstan 44-cü, 146 min 679 yoluxma ilə Azərbaycan isə 50-ci yerdə qərarlaşıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər