12 C
Baku
Saturday, November 23, 2024

Dünyada koronavirusun yayıldığı ən təhlükəli ölkələr açıqlanıb

Dünyanın koronavirus pandemiyası cəhətdən ən təhlükəli ölkələri açıqlanıb.

Məlumata görə, hazırda dünyada koronavirusun ən çox tüğyan etdiyi ölkə Yaponiyadır. “Gündoğar ölkə”də təkcə son gün ərzində 381 nəfər COVID-19-un qurbanı olub, eyni zamanda daha 198 873 nəfərdə virus aşkarlanıb.

Fransada son sutkada 88 nəfər koronavirusdan ölüb. Qərbi Avropa ölkəsinin koronavirus xəstələrinin sayı 7 635 nəfər artıb.

Cənubi Koreyada son gün ərzində 76 nəfər koronavirusdan ölüb, ölkənin daha 54 343 nəfər vətəndaşına COVID-19 diaqnozu qoyulub.

Honq Konqda təkcə son gündə 67 koronavirus səxtəsi dünyasını dəyişib, daha 9 279 nəfərdə COVID-19 aşkarlanıb.

Qonşu Rusiya da koronavirusdan ölüm hallarının çoxalması baxımından ən təhlükəli ölkələrdəndir. Bunu son sutkada onlarla insanın (46 nəfər) COVID-19-dan ölümü də göstərir.

Tayvanda son gün ərzində 46 nəfər pandemiyanın qurbanı olub, 25 643 nəfərin virusa yoluxduğu aşkarlanıb.

Avstraliyada 31 nəfər koronavirusdan ölüb, daha 1 150 nəfər koronavirusa yoluxmuş insanlar siyahısına salınıb.

Polşa da pandemiya baxımından vəziyyətin ağır olduğu ölkələrdəndir. Son gün ərzində bu ölkədə 14 nəfər COVID-19-dan ölüb, daha 370 nəfərdə koronavirus aşkarlanıb.

Qeyd edək ki, son gündə dünyada koronavirusa ümumilikdə 317 229 nəfər yoluxub, 878 insan COVID-19-dan ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər