31 C
Baku
Wednesday, July 3, 2024

Dünyada koronovirusun yeni rekord göstəricisi qeydə alındı

Son həftə ərzində “COVID-19″a 2,8 milyondan çox yeni yoluxma qeydə alınıb.

Banker.az Ümumi Dünya Səhiyyə təşkilatına istinadən xəbər verir ki, bu, pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

Həmçinin ÜST-dən bildirilib ki, son həftə ərzində  virusdan təxminən 40 min ölüm qeydə alınıb.

Virusa ən çox yoluxma Avropada artıb. Burada bir həftə ərzində 1,33 milyondan çox yeni yoluxma qeydə alınıb.

Şimali və Cənubi Amerikada 884 min nəfər təhlükəli infeksiyaya yoluxub. Cənub-şərqi Asiyada bu rəqəm 445 min nəfər təşkil edib.

Pandemiyanın başlanğıcından dünyada koronavirusa ümumilikdə 44 milyon yoluxma qeydə alınıb, təhlükəli infeksiyaya yoluxmuş 32 milyon insan sağalıb, 1,1 milyondan çox insan isə ölüb.

 

Son xəbərlər
Digər xəbərlər