“Henley&Partners” konsaltinq şirkətinin “Crypto Wealth Report” araşdırmasına əsasən, ümumi dəyəri 1 milyon dolları keçən kriptovalyutalara sahib olan insanların sayı 12 ay ərzində demək olar ki, iki dəfə (95%) artaraq 2024-cü ilin iyun ayının sonuna 172.3 min nəfərə çatıb.
O cümlədən 85 min nəfər hazırda bitkoin milyonçusudur ki, bu da bir il əvvəlkindən 111% çoxdur.
Son bir il ərzində dünyada altı yeni kriptomilyarder peyda olub və hazırda onların sayı 28-ə çatır. Kriptovalyuta portfeli 100 milyon dolları keçən insanların sayı 79% artaraq 325 nəfər olub, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Son bir ildə bitkoin 2.4 dəfə bahalaşıb. Çərşənbə axşamı ticarət zamanı kriptovalyuta bir il əvvəl təxminən 26.1 min dollarla müqayisədə 62.5 min dollara ticarət olunub.