Dünyada meymunçiçəyinə yoluxma halları azaldı

Meymunçiçəyi xəstəliyinə yoluxma halları ötən həftə əvvəlki həftə ilə müqayisədə 21 faiz azalıb.

Bu haqda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında qeyd olunub.

Əvvəlki həftə dünyada 7 min 477 meymunçiçəyinə yoluxma halı görüldüyü halda, 15-21 avqust tarixlərində həftəlik halların 5 min 907-yə düşdüyü vurğulanıb.

Qeyd edək ki, meymunçiçəyi virusu indiyədək 90-dan çox ölkədə qeydə alınıb, 44 mindən çox yoluxma hadisəsi aşkarlanıb.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər