6 C
Baku
Çərşənbə, Yanvar 26, 2022

Dünyada mikroçip qıtlığı səbəbindən 10 mln. az avtomobil istehsal edilib

Mikroçip çatışmazlığı və təchizat zəncirindəki problemlər bu il planlaşdırılandan 9.6 milyon az avtomobil istehsalı ilə nəticələnib.

Banker.az xəbər verir ki, tədqiqatda qeyd edildiyi kimi, yarımkeçiricilərin çatışmazlığından ən çox Avropa istehsalçıları təsirlənib – onların istehsal həcmi ilin sonunda planlaşdırılandan 3 milyon az olub.

“LMC Automotive”in qlobal istehsal direktoru Castin Koks milli səlahiyyətlilərin və istehsalçıların istehsalı artırmaq üçün fövqəladə addımlar atdıqları üçün avtomobil sənayesi üçün proqnozun son həftələrdə bir qədər yaxşılaşdığını söyləyib: “Düşünürəm ki, avtomobil sənayesi tədarük zəncirinin bəzi problemləri ilə daha yaxşı məşğul olmağa başlayır. Böhranın başlanğıcında tətbiq etdikləri bəzi alətlər öz bəhrəsini verməyə başlayır”.

Buna baxmayaraq, “LMC”, “IHS Markit” kimi, avtomobil istehsalçıları üçün vəziyyətin 2022-ci ilin ikinci yarısına qədər əhəmiyyətli dərəcədə yaxşılaşmayacağına və bazarda yarımkeçirici çatışmazlığının 2023-cü ilə qədər qalacağına inanır.

Ümumilikdə “LMC” bu il 84.9 milyon minik avtomobilinin istehsal ediləcəyini proqnozlaşdırır ki, bu da 2020-ci illə müqayisədə 12% çoxdur.

Son xəbərlər
Oxşar xəbərlər