2026-cı ilin aprel ayına olan məlumata görə, dünyada milyarderlərin sayı son 12 ay ərzində 13% artaraq rekord səviyyəyə – 3 302 nəfərə çatıb. Bu məlumatlar UBS-ın illik hesabatında yer alıb.
Bankın qiymətləndirmələrinə görə, hesabat dövründə dünyada milyarderlərin sayı 383 nəfər artıb, onların ümumi sərvəti isə 25% yüksəlib.
Milyarderlərin sayının və sərvətlərinin artımı ölkələr üzrə əhəmiyyətli dərəcədə fərqlənib. Сənubi Koreyada milyarderlərin sayı 31 nəfərdən 52 nəfərə yüksəlib, onların ümumi sərvəti isə bir il ərzində 139% artıb.
Çilidə milyarderlərin sayı dəyişməsə də, onların sərvəti 80% artıb. Çexiyada isə iki yeni milyarder meydana çıxıb və ümumi sərvət 60% yüksəlib.
Altı ölkədə milyarderlərin sayı azalıb. Onların arasında Səudiyyə Ərəbistanı və Tailand da var. 1 milyard dollardan çox sərvətə malik insanların ən çox yaşadığı ölkə ABŞ-dır. Burada 1 000-dən çox milyarder yaşayır.
Çinin materik hissəsində 562, Hindistanda isə 211 milyarderi var. İlk beşliyi Almaniya (193) və Rusiya (122) tamamlayır.







